Psixoloq qorxu evləri barədə: “Hansısa psixoloji və fiziki şiddət…”
Son zamanlar gənclərin əylənmək üçün üz tutduğu yerlərdən biri də qorxu evləridir. Ötən gün də tragikomik bir hadisə baş verib. Belə ki, qızlar Bakıda fəaliyyət göstərən qorxu evlərinin birində döyülüblər. “Orada aktyorlar tərəfindən çox pis döyüldük. Bədənimiz pis vəziyyətdədir. Kürəyimizdə zəncirin izləri qalıb. Belə olan halda şikayət edə bilərik?”, – iştirakçı deyib.
Bu konteksdə maraqlıdır, qorxu evlərini əyləncə növü kimi seçmək hansısa psixoloji fəsadlara gətirib çıxara bilərmi? Bu cür əyləncə istəyi nədən irəli gəlir?
Tacxeber.com xəbər verir ki, bununla bağlı Sfera.az-a açıqlama verən klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov deyib ki, qorxu həyəcan yaratdığı üçün insanın həm də marağına səbəb olur:
“Emosional halın qeyri-adekvat dəyişməsi insan psixologiyasına mənfi avtomatik düşüncələr yarada bilər. Reallıq olmasa belə, reallığı imitasiya etmiş olur. Qorxu anlayışı ölümlə assosiasiya olunduğu üçün hansısa mənfi psixoloji halın müşahidəsi yaranır. Psixoloji nizamsızlıq yaranan şəxslərin nitqində və davranışında fərqlilik aydın formada özünü büruzə verir. İnsanın psixikası qorxudan, səni başqa sənlə tanış edə bilər. Həyəcan yaşadığımız anları faciə ilə əvəzləmək olmaz. İnsanlar hər zaman həyəcan axtarışındadırlar. Amma həyəcanlarını harda axtarmalı olduqlarını bilmirlər. Həyəcan zövqə uyğunlaşmalıdır”.
Müsahibimiz qeyd etdi ki, qorxu evləri və digər buna bənzər əyləncə mərkəzlərində yaş kateqoriyası qoyulmalıdır: