• 27 Yanvar 2025 21:12

“Atam anasını tapmışdı, sadəcə efirə çıxarmadı, son nəfəsində gedib görüşdü” – ŞOK AÇIQLAMA

Arif Quliyev anasını çoxdan tapıbmış. Xalq artisti, tanınmış mərhum aktyor Arif Quliyevin oğlu Rövşən Quliyevin illər sonra etdiyi etiraf hər kəsi təəccübləndirəcək.

 

Medianews.az-a verdiyi açıqlamada o bildirib ki, atası anasını tapdığını hər kəsdən gizlədib:

 

“Anam danışırdı ki, 2012-ci il idi. Bir nəfər bizə gəlmişdi. Atam qapını açıb, amma həmin şəxsi evə dəvət etməyib. Həmin şəxs də atamın qardaşı, mənim əmim olub. Əmim atama deyib ki, anamızın son günləridir, səni istəyir, gəl gedək. Ünvan da Kubinka olub. Atam anama deyib ki, mən gedirəm. Gedib, anasını son dəfə görüb və evə qayıdıb. Anam da onun arxasınca gedib amma həmin evi və şəxsi tapa bilməyib. Daha sonralar da anam Kubinkaya gedib, maraqlanıb, amma yenə də heç kimi tapa bilməyib. Onlar ara küçələrdən birində yaşayıb. Anam danışırdı ki, atan evə gələndən sonra gözlərində kədər hiss olunub. O anasını son dəfə görüb və halallaşıb” deyə o bildirib.

 

Rövşən Quliyev bildirib ki, atası dünyasını dəyişən günə qədər bu haqda bir kəlmə belə danışmayıb:

 

“Anama sual verdim ki, əgər o qadın atamın anası olubsa, niyə biz bilməmişik? Anam da mənə dedi ki, sən deyəsən atanı yaxşı tanımırsan? O çoxdan anasını tapmışdı. Sadəcə heç kimə demirdi. O qadından başqa anası adı ilə efirə gələn bütün qadınları üzə çıxarmışdı. Nənəmin adı Böyükxanım olub. Belə düşünürəm ki, atam keçirdiyi ağır həyat tərzinə görə anasını bağışlaya bilmirdi. Çünki atam ömrünün 20 ilini küçədə keçirmişdi. Efirdə danışdıqları yalnız çətin və ağır həyatından bir hissə idi. Bir iz qalsaydı gedib heç olmasa atamın qohumlarından kimlərisə tapmaq olardı. Anam deyirdi ki, Kubinkada ara küçələr idi. Atam bu gün də yuxularımıza gəlir. Görürük ki, ağ paltardadır, bizə kənardan baxır, amma ona yaxınlaşmağımıza icazə vermirlər” deyə sənətkarın oğlu bildirib.

Tacxeber.com

Oxşar xəbərlər