Rusiyanın axtardığı keçmiş məhkəmə hakimi Bakıda tutuldu
Rusiyada axtarışda olan keçmiş məhkəmə hakimi Yelena Xaxalyeva Bakıda saxlanılıb.
Tacxeber.com xəbər verir ki, bu barədə məlumatı “iz.ru” yayıb.
Billdirilib ki, o, Bakıdan Dubaya uçmaq istəyərkən hava limanında saxlanılıb. Artıq Rusiyanın müvafiq orqanlarından Xaxalyevanın ekstradisiyası üçün zəruri sənədlər istənilib.
Müvafiq qərar da məhz həmin sənədlər təqdim edildikdən sonra veriləcək.