Qalmaqallı cərrah yenidən iş başında
İş yoldaşları ilə birlikdə əməliyyat zamanı doğum gününü qeyd etdiyinə görə işinə xitam verilən “German Hospital”ın cərrah mama-ginekoloqu Ləman Əliyeva yeni iş yerində fəaliyyətə başlayıb.
Tacxeber.com xəbər verir ki, Oxu.az-ın əldə etdiyi məlumata görə, o, Bakıda fəaliyyət göstərən özəl xəstəxanaların birində çalışır.
Bir müddət ölkə gündəmindən düşməyən cərrah mama-ginekoloq artıq bir neçə doğuş prosesini də həyata keçirib.