Zukerberq Trampla qonşu olmaq istəyir
“Meta Platforms”un həmtəsisçisi Mark Zukerberq ABŞ Prezidenti Donald Trampla daha sıx əlaqə qurmaq məqsədilə Vaşinqtonda əmlak almaq imkanlarını araşdırır.
Tacxeber.com Oxu.Az – a istinadla xəbər verir ki, bu barədə “Financial Times” nəşri vəziyyətlə tanış olan iki mənbəyə istinadən məlumat yayıb.
Nəşrin mənbələri bildirir ki, Zukerberq süni intellekt kimi sahələrdə biznesinə aid tənzimləmələrə təsir göstərməyə çalışır. Məlumata görə, artıq potensial uyğun əmlak tapılıb.