İlon Mask Nobel Sülh Mükafatına namizəd oldu
İkinci ildir, ardıcıl Nobel Sülh Mükafatına namizəd olan amerikalı milyarder İlon Mask bu dəfə ən yüksək “söz azadlığına dəstəyinə görə” mükafata namizəd olub.
Tacxeber.com xəbər verir ki, bu barədə Maskın namizədliyini irəli sürmüş Avropa Parlamentinin üzvü Branko Qrims bildirib.
“2025-ci il Nobel Sülh Mükafatının cənab İlon Maska söz azadlığına və buna görə də sülhə əsas insan hüququna ardıcıl dəstəyinə görə verilməsi təklifi bu gün uğurla təqdim edildi. Təklifin bütün həmmüəlliflərinə və bu kompleks layihənin həyata keçirilməsində əməyi olan hər kəsə dərin təşəkkürümü bildirirəm!” – Qrims X sosial şəbəkəsində yazıb.