Kadırovun yoxa çıxmasına aydınlıq gətirildi
Çeçenistanın milli siyasət, xarici əlaqələr və mətbuat və informasiya naziri Əhməd Dudayev Ramzan Kadırovun yoxa çıxması ilə bağlı xəbərlərə aydınlıq gətirib.
Tacxeber.com xəbər verir ki, Dudayevin sözlərinə görə, Ramzan Kadırovun Yeni il bayramından sonra informasiya meydanından yoxa çıxması və rəsmi tədbirlərdə görünməməsi ilə bağlı internetdə yayılan məlumatlar təxribatçıların işidir.
Dudayev bildirib ki, Kadırov fəaliyyətini fəal şəkildə həyata keçirir və bütün məsələləri şəxsi nəzarətində saxlayır.