Tramp Putinin qaykasını daha yaxşı sıxa bilər – “Foreign Policy”
Qərbin Rusiyaya qarşı sanksiyaları artıq görünməmiş səviyyədə olsa da, ABŞ prezidenti Donald Trampın yeni administrasiyası Moskvanın vintlərini (qaykasını) daha da möhkəm sıxmaq üçün çox şey edə bilər.
Tacxeber.com xəbər verir ki, bu barədə Amerikanın “Foreign Policy” jurnalı yazıb.
“Düşünürəm ki, Bayden administrasiyası daha tez Rusiya enerjisinə qarşı daha aqressiv olmalı idi. Strateji baxımdan daha geniş enerji sanksiyalarının təxirə salınması silah tədarükünü gecikdirməyə bənzəyir”, – ABŞ-nin sanksiyalar üzrə keçmiş rəsmisi Edvard Fişman jurnala açıqlamasında deyib.
Məqalədə vurğulandığı kimi, Tramp administrasiyasının ata biləcəyi ilk və ən bariz addım Rusiyanın “kölgə donanması” adlandırılan 180-dən çox tankerin təyinatı da daxil olmaqla sanksiyaların son raunduna tam əməl olunmasını təmin etməkdir.
Jurnal yazır ki, başqa bir yol isə Rusiya neftinin alıcı və vasitəçilərini qiymət limitinə əməl etməyənləri cəzalandırmaqdır.
Nəşr təklif edir ki, bu cür məhdudiyyətlərə alternativ olaraq Tramp administrasiyası tankerlərə qarşı sanksiyaları daha da genişləndirə bilər.