• 31 Yanvar 2025 06:03

Qarabağın Meqri ilə dəyişdirilməsi təklifini Türkiyə irəli sürüb. ABŞ bununla bağlı məxfi olan sənədləri paylaşdı.

ABŞ Dövlət Departamenti 1990-cı illərin sonunda Robert Köçəryanla Heydər Əliyev arasında gizli danışıqları əks etdirən sənədlərin mətnin paylaşıb.

 

Tacxeber.com xarici KİV-lərə istinadən bu haqda xəbər verir. Məsələ ondadır ki, bir zamanlar məxfi olan bu sənədlərin üzərindən artıq məxfilik götürülüb.

 

Belə ki, bu  sənədlərdə bildirilir ki, o, zaman Azərbaycan və Ermənistan prezidentləri vasitəçilər olmadan Qarabağ münaqişəsinin ərazilərin mübadiləsi yolu ilə həllinin mümkünlüyünü müzakirə ediblər: Yəni söhbət Meqrinin  Dağlıq Qarabağla dəyişdirilməsindən gedir.

Hələ o zaman ərazi mübadiləsi konsepsiyası ABŞ Dövlət Departamentinin keçmiş rəsmisi Pol Qoblun adını daşıyan “Qobl Planı” kimi tanınırdı. Xatırladaq ki, bu plan ilk dəfə 1992-ci ildə açıq şəkildə təklif edilmişdi.

 

Lakin sənədlərdən məxfilik götürüldükdən sonra bəlli olur ki, bu məsələ hələ 1990-cı illərin əvvəllərində daha yüksək səviyyədə müzakirə edilib. Daha maraqlısı isə bu ideya  Goble tərəfindən deyil, Türkiyə hakimiyyəti tərəfindən ortalığa atılmış bir fikir olduğu bildirilir. Hətta 1992-ci ildə Türkiyə prezidenti Turqut Özal bu planı ABŞ prezidenti Corc Buşa təqdim edib.

Amma Buş administrasiyası bu təşəbbüsü dəstəkləməyıb. Daha sonra Türkiyə höküməti bu məsələdə lobbiçilik fəaliyyətindən istifadə edərək prezident Bill Klintonun prezidentliyi dövründə bu ideyanı yenidən gündəmə gətirə bilib.

 

ABŞ Dövlət Departamentinin məlumatına görə, 1997-ci ildə  Türkiyə xarici işlər nazirinin müavini Onur Öymən ABŞ dövlət katibinin müavini Strobe Talbott ilə ərazi mübadiləsi planını müzakirə ediblər.

1998-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyindən sonra yenidən Köçəryanla Əliyev arasında aparılan danışıqlar prosesinin mərkəzində ərazi mübadiləsi ideyası durub. Üzərindən məxfilik götülmüş və paylaşılan sənədlər bildirilir ki, o zaman müzakirələrdə tez-tez beynəlxalq vasitəçilərin təklifləri tərəflərdən biri tərəfindən dəfələrlə rədd edilib.

 

1999-cu ilin sentyabrında Sədərəkdəki  Köçəryan Əliyevin görüşündə ərazi mübadiləsi təklifi razılaşdırılıb..

Əldə olunan razılaşmaların təfərrüatları görüşdən sonra Vaşinqtona göndərilib. Lakin bir müddət sonra Ermənistanda parlametinə edilən silahlı hücüm vəziyyəti kökündən dəyişib. Qeyd edək ki, silahlı hücümda həlak olanların  arasında o, zaman Ermənistanın baş naziri olan Vazgen Sarkisyan da var idi. Baş verən bu faciədən sonra danışıqlar prosesi faktiki olaraq dayandırıldı.

 

Tacxeber.com

Oxşar xəbərlər