Elan edilməmiş müharibə: Qonşu ölkə Trampa xəbərdarlıq etdi
Ağ Ev Kanada neftinə 25 faizlik gömrük rüsumunu tətbiq edərsə, ABŞ Venesueladan neft almağa məcbur olacaq.
Tacxeber.com Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Kanada xarici işlər naziri Melani Coli bildirib.
“Biz nefti endirimlə tədarük edirik, son nəticədə bunu biz etməsək, Venesuela edəcək və bu administrasiya Venesuela ilə işləmək istəmir”, – nazir deyib.
Onun sözlərinə görə, Kanada mallarına 25 faizlik tariflərin qəbulu sadə insanlara zərbə vuracaq, bu durum Kanada ilə ABŞ arasında ticarət müharibəsinə çevrilə bilər.
Coli Prezident Donald Trampın Kanadanı ABŞ-yə birləşdirmək ideyasını da tənqid edib: “Biz yaxşı dost ola bilərik, amma heç vaxt ştat və ya müstəmləkə olmayacağıq”.