Bu kişi 60 ildir yatmır
Vyetnamlı fermer Thai Nqoc 60 ildir yatmadığını deyir.
Tacxeber.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, belə problemlə 1960-ci illərin əvvəllərində üzləşdiyini bildirib.
80 yaşında olduğu bildirilən fermer, problemin onun qızdırmasından sonra başladığını deyib.
Həkimlərə dəfələrlə müraciət etmələrinə və müalicə cəhdlərinə baxmayaraq, onun vəziyyətini izah edə bilməyiblər.
“Başqalarının yatdığını görəndə onlara həsəd aparıram. Aylı gecələrdə adətən çölə çıxıb tarlada işləyirəm, çünki boş oturmaq dözülməzdir”, – kişi deyir.