• 01 Fevral 2025 03:38

İsraildə İrana məxfi məlumat ötürən hərbçilər HƏBS EDİLDİLƏR – FOTO

İsraildə iki hərbçi İrana məxfi məlumat ötürməkdə ittiham olunub.

Tacxeber.com xəbər verir ki, bu barədə “Jerusalem Post” yazıb.

 

Qeyd edilib ki, İsrail prokurorluğu ehtiyatda olan iki hərbçini İrana casusluqda ittiham edib.

 

“Dəmir Günbəz” hava hücumundan müdafiə bölməsində xidmət edən Yuri İlyasof və Hərbi Hava Qüvvələrinin Əməliyyat Qərargahında işləyən Georgi Andreyev pul müqabilində İran agentinə gizli məlumatlar ötürməkdə ittiham olunurlar. Hər iki şəxs məxfi məlumat vermək və müharibə zamanı düşmənə kömək etməkdə ittiham olunurlar.

 

İsrail mediası iki hərçinin İsrailin bəzi bölgələrində ictimai yerlərdə İranın xeyrinə divar rəsmləri çəkməkdə günahlandırıldığını bildirib.


Tacxeber.com

Oxşar xəbərlər