• 01 Fevral 2025 04:51

Mariya Zaxarova ona təxribatçı sual verən erməni jurnalisti tənqid etdi: Azərbaycan jurnalistləri bunu etmirlər

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Rusiya ilə Azərbaycan arasında münasibətlərin gərginləşməsi ilə bağlı sual verən ermən jurnalisti tənqid edib.

 

“Başa düşmürsünüz ki, Ermənistan mətbuatının nümayəndəsinin Rusiyanın Azərbaycandakı səfirinin və ya Azərbaycanın Rusiyadakı səfirinin çağırılması və ya Rusiya ilə Azərbaycanın ikitərəfli gündəliyində olan məsələni gündəmə gətirməsi absurddur?- Mariya Zaxarova deyib. O, vurğulayıb ki, erməni jurnalistlərin Rusiya nümayəndələrinə başqa ölkə ilə münasibətləri barədə sual vermələri birinci dəfə deyil. “Niyə Ermənistan KİV nümayəndələri istisnasız olaraq Rusiya nümayəndələrinə Rusiya-Ermənistan məsələlərinə deyil, başqa ölkə ilə ikitərəfli münasibətlərə dair suallar verirlər?- Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi qeyd edib. O əlavə edib ki, Azərbaycan jurnalistləri bunu etmir.

Tacxeber.com

Oxşar xəbərlər