QUCAQLAŞMAQ bizi xəstəliklərə qarşı güclü edir
Qucaqlaşmağın qeyri-adi faydası…
Qucaqlaşma nəticəsində stressin azalması immunitet sisteminin fəaliyyətini yaxşılaşdırır, orqanizmi infeksiyalara və xəstəliklərə qarşı daha davamlı edir.
Tacxeber.com xəbər verir ki, bunu psixoterapevt İrina Kraşkina “RİA Novosti”yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, qucaqlaşmaq depressiya ilə mübarizə aparmağa kömək edir, eyni zamanda insanların ümumi əhval-ruhiyyəsinə müsbət təsir edir.
“Stressin bu formada azalması immun sisteminin fəaliyyətinin yaxşılaşmasına gətirib çıxarır ki, bu da orqanizmi infeksiya və xəstəliklərə qarşı daha davamlı edir. Araşdırmalar zamanı yaxınlarını tez-tez qucaqlayan tədqiqat iştirakçıları infeksiyaya yoluxma riskinin və xəstəliyin daha az ağır simptomlarının olduğunu nümayiş etdiriblər”, – Kraşkina qeyd edib.