Reanimasiyaya yerləşdirilən Faytonçu Nazimin VƏZİYYƏTİ AĞIRDIR – YENİLƏNİB
“Dünən mağazadan çıxarkən halı pisləşib, yıxılıb”.
Tacxeber.com xəbər verir ki, sənətçinin dostu, aparıcı Kamran Həsənli Axşam.az-a açıqlamasında Nazim Pişyarinin (Faytonçu) səhhətindən danışıb:
“Hazırda reanimasiyadadır, vəziyyəti ağırdır. Xəstəxanada idim, hamı gözləyir”.
K.Həsənli N.Pişyarinin bir müddət əvvəl əməliyyat olunduğunu da bildirib:
“Nazim böyrəyindən əməliyyat olunmuşdu. Uğurlu keçmişdi, vəziyyəti yaxşı idi. İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi”.
***
Müğənni Nazim Pişyari (Faytonçu) xəstəxanaya yerləşdirilib.
Tacxeber.com Axşam.az-a istinadla xəbər verir ki, sənətçi işemik insult keçirib. Küçədə yıxılan Nazim qapalı kəllə beyin travması da alıb.
O, hazırda özəl xəstəxanalardan birində müalicə alır.