• 03 Fevral 2025 17:51

Azərbaycana qarşı hibrid hücumlar… – Casus şəbəkə

Görünən odur ki, Azərbaycana qarşı hibrid hücumlar, təxribatçı mövqelər 2025-ci ildə də davam edəcək.

Tacxeber.com xəbər verir ki, bunu deputat Tural Gəncəliyev parlamentdə çıxışı zamanı deyib.

 

O bildirib ki, Avropa İttifaqı, Avropa Şurası Parlament Assambleyasının ölkəmizə qarşı qərəzli münasibəti fonunda bunu aydın görmək mümkündür.

 

Deputat onu da qeyd edib ki, ancaq qlobal miqyasda müsbət proseslər də baş verir ki, bu da təqdir olunmalı haldır. Tural Gəncəliyevin sözlərinə görə, USAİD-in bağlanması buna misaldır:

 

“Bu təşkilatın bağlanması, onun fəaliyyətinin dayandırılması dünya erməniçiliyinə, erməni lobbisinə vurulan ciddi zərbədir”.

 

Deputat Elman Nəsirov isə Avropa Birliyinin müşahidəçilərini casus şəbəkəsi adalandırıb. “Avropa Birliyinin Azərbaycan sərhədində həyata keçirdiyi missiya hər hansı mülki müşahidəçi deyil, onların fəaliyyəti kəşfiyyat xarakteri daşıyır. Onlar casus şəbəkəsi olduğundan, niyyətləri bölgədə məqsədi heç də sülhə xidmət etmir”, – o vurğulayıb.

 

Kanadanın həmin missiyada təmsilçiliyinə etirazını bildirən deputat sual edib ki, Kanada nə zamandan Aİ üzvüdür: “Ona görə də bu missiyanı Aİ-NATO missiyası adlandırmaq lazımdır”, – deputat bildirib.

Tacxeber.com

Oxşar xəbərlər