“Mask mənə qarşı kobud idi” – Bill Qeyts dünyanın ən varlı adamı ilə münasibətlərindən şikayətləndi
“Microsoft”un qurucusu Bill Qeyts (dünyanın ən varlı insanları siyahısında 15-ci yerdə) İlon Maskla münasibətlərinin çətin olduğunu etiraf edib.
Tacxeber.com Qaynarinfo-ya istinadən xəbər verir ki, milyarder bu barədə “The Independent” nəşrinə verdiyi müsahibədə danışıb.
“O, bəzən mənə qarşı dostcasına davranırdı, bəzən isə kobud olurdu”, deyə Qeyts bildirib.
Bundan əvvəl Qeyts Maskı Almaniya siyasətinə müdaxilə etdiyi və açıq şəkildə sağçı Almaniya üçün Alternativ Partiyasını dəstəklədiyi üçün sərt şəkildə tənqid etmişdi. “Bu, tamamilə dəlilikdir”, deyə o, bu mövqeyini ifadə etmişdi.
Lakin indi “Microsoft” rəhbəri münasibətləri normallaşdırmağa çalışır:
“Mən onunla əməkdaşlıq etməyə çalışacağam, axı o, dahi, varlı və nüfuzlu insandır”.
Qeytsin İlonla barışmaq istəməsinin əsas səbəblərindən biri, Maskın onun və Uorren Baffetin irəli sürdüyü “The Giving Pledge” təşəbbüsünü dəstəkləməsi olub. Bu təşəbbüs dünyanın ən varlı insanlarını sərvətlərinin bir hissəsini xeyriyyəçiliyə yönəltməyə çağırır.
Lakin Mask və Qeytsin siyasi baxışları kəskin şəkildə fərqlənir və keçmişdəki mübahisələr hələ də yaddaşlardan silinməyib. “Bild” nəşrinin müxbirləri Haqen Mayer və Aleksandr Kriql hesab edirlər ki, bu barışıq uzun müddət davam etməyəcək.
Qeyd edək ki, Qeyts ABŞ vitse-prezidenti Kamala Harrisə açıq dəstək verib və “Tesla” səhmlərinin dəyər itirməsinə oynayıb. 2023-cü ildə isə Mask Qeyts haqqında belə danışmışdı:
“Nəhayət əmin oldum ki, o, tamamilə qeyri-adekvat insandır və üstəlik tam bir axmaqdır. Mən ona yaxşı münasibət bəsləmək istəyirdim…”.