Razi Nurullayevdən Siyavuş Novruzova: “Sözünüzü demək istəyirsinizsə, kişi kimi deyin”
“Mənim hər bir məsələ ilə bağlı öz baxış bucağım var. Sözümü də özüm deyirəm. Hər kəs də bilir ki, hansı cəsarətin sahibiyəm. İmişli hadisələri ilə bağlı rayon rəhbərliyinə daxil olan şəxslərlə, o cümlədən başçı və polis rəisi ilə də söhbət etmişəm və yenə də edəcəyik, müzakirələr aparacağıq. Həbsdə olanların azadlığa çıxması ilə bağlı da əlimizdən gələni edirik və edəcəyik.
Amma Siyavuş Novruzovun bugünkü çıxışında “İmişli deputatatları ilə söhbət etmişəm, onlar mənə deyib” fikri tam olaraq kökündən yanlış idi. Sözünüzü demək istəyirsiniz, kişi kimi deyin, daha başqalarının kölgəsinə ehtiyac duymayın”.
Tacxeber.com bildirir ki, bu sözləri millət vəkili Razi Nurullayev Milli Məclisin bu gün keçirilən iclasında həmkarı Siyavuş Novruzovun İmişli rayonunda baş verən məlum hadisə ilə bağlı fikirlərinə sosial şəbəkədə münasibət bildirərkən qeyd edib.