“Tibbi sığorta yalnız dövlət yox, bütün özəl klinikalarda işləməlidir – Tanınmış həkimdən ETİRAZ
“Tibbi sığorta yalnız dövlət yox, bütün özəl klinikalarda da işləməlidir”.
Bu fikirləri Musavat.com-a həkim-pediatr Vaqif Qarayev bildirib.
O əlavə edib ki, vətəndaş pulu ödəyirsə, mütəxəssis olan istənilən tibb müəssisəsinə müraciət edə bilməlidir: “Vətəndaş o pulu ödəyir, fərqi nədir ki, dövlət müəssisəsində keçərlidir, amma özəldə keçərli deyil. Onsuz da bu pul ödənilir, dövlət üçün bunun heç bir fərqi olmamalıdır. Bir vaxt özəl klinikalara kifayət qədər axın var idi. Çünki yaxşı həkimlər özəl klinikalarda otururdu. Tibbi Sığorta işə düşəndən sonra həkimlər dövlət müəssisələrinə axışdı. Bunu da təbii qəbul edirəm”.