“Azercell”in tarifləri artırması tənqid olundu – “Narahatlıq doğurur…”
“Ölkədə ümumi süni bahalaşma fonunda “Azercell”in tarifləri kəskin qaldırması ciddi tənqid olunacaq məsələdir. Az qala elə bir parametr yoxdur ki, qiymətlər qalxmasın – ərzaq məhsulları, dərmanlar, xidməti sahələri… İnsanlar “Azercell” və digər mobil operatordan istifadə etməyə məcburdurlar. İnternetin sürəti isə çox aşağıdır. Bu, böyük narahatlıq doğurur. Yaxşı, bəs gəliri az olan insanlar nə etsinlər? Az əməkhaqqı alırlar, dolanışıqları çətindir, pensiya ilə dolanırlar. Əlbəttə ki, onlar üçün bu, böyük yükdür”.