“Öpdüyüm barmaqların indi kimə mesaj yazır?” – Kənan MM kimin dərdini çəkir? + FOTOLAR
“Sənə uşaq vaxtı oyuncaq almayıblar deyə, indi mənim hisslərim ilə oynamalısan?”, “O öpdüyüm barmaqların indi kimə mesaj yazır?”, “Bankdan gələn kredit SMS-ləri kimisən, unudulmağa imkan vermirsən”, “Kim dedi kişilər vəfasəzdır? Siz ayrıldıqdan sonra damarlarını kəsən bir qadın tanıdınızmı heç?”
Tacxeber.com xəbər verir ki, bu sözlər tanınmış rejissor Kənan MM-ə aiddir. O, son zamanlar belə başlıqlar yazdığı paylaşımları ilə gündəmdədir. Onun bu paylaşımlarını izləyicilər tərəfindən birmənalı qarşılanmır. Həmin fikirləri bəyənənlər olsa da, bunu Kənan Mahmudova yaraşdırmayanlar da var.
Yaşı, ailə vəziyyəti ilə paylaşdığı fikirlərin üst-üstə düşmədiyi üçün Kənan MM-i qınayanlar, “eşq acısı” çəkdiyini iddia edənlər də var. Həyat yoldaşı ilə eyni efirdə olmaqdan imtina edən rejissorun sözügedən paylaşımları xanım izləyiciləri tərəfindən də tənqid edilib.