• 06 Fevral 2025 20:00

Emin Əmrullayev: Kağız jurnal ləğv olunacaq

Növbəti tədris ilində kağız jurnal ləğv olunacaq.

 

Tacxeber.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 6-da keçirdiyi brifinqdə deyib.

 

Onun sözlərinə görə, “rəqəmsal məktəb” platformasında şagird, valideyin, müəllim və direktor kabineti olmaqla dörd xüsusiyyət mövcud olacaq:

 

“Rəqəmsal məktəb” platforması sayəsində valideynlər övladlarının dərs prosesini onlayn şəkildə izləyə biləcək. Ümumiyyətlə, təhsil sisteminin rəqəmsallaşması sürətlə davam edir. Növbəti tədris ilində məktəblərdə jurnallar onlayn platformada olacaq”.

Tacxeber.com

Oxşar xəbərlər