NATO körfəzlərdə Rusiyaya qarşı HƏRƏKƏTƏ KEÇDİ
“NATO Pribaltikada Rusiyanın qarşısını almağa çalışır”.
Tacxeber.com xəbər verir ki, bunu Rusiya Dəniz İdarə Heyətinin sədri Nikolay Patruşev bildirib.
“NATO-nun Baltikyanı, Finlandiya körfəzində anqlosakslar tərəfindən koordinasiya edilən hərəkətləri Leninqrad və Kalininqrad vilayətlərindəki limanlarımızın işini iflic etmək məqsədi ilə Rusiyanı blokadaya almaq cəhdlərini əks etdirir”, – o bildirib.
Patruşev əlavə edib ki, NATO ölkələri terror üsullarından istifadə edir. Nümunə olaraq o, piratların Baltik dənizində “Eagle S” gəmisini qaçırmasını göstərib.
Ötən ilin dekabrında Finlandiya Sərhəd Xidməti Sankt- Peterburqdan çıxan “Eagle S” neft tankerini Baltik dənizində saxlayıb.