Razı deyilsənsə, bizi məhkəməyə ver – Emin Əmrullayev
“Dərbənd, yoxsa başqa filialdır, xaricdə təhsildir və ya başqa məqamdır. Bizim işimiz ədalətliliyi təmin etməkdir. Biz istəmirik ki, burada 550 bal toplayıb əziyyət çəkib 4 il oxuyana da diplom verək, məsələn, bal toplamayıb xaricdə, oradan-buradan kağızla üstümüzə gələnə də. Gəlir ki, mənim də diplomum var, onu tanıyın. Axı bunun giriş hissəsi doğru olmalıdır. Çünki bizim işimiz daha çox bu ədaləti təmin etməkdir, nəinki hamıya diplom paylamaq”.
Tacxeber.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bugünkü brifinqdə UNEC-in Dərbənd filialının məzunlarının diplomlarının verilməməsi barədə danışarkən deyib. Nazir bildirib ki, narazılığı olan varsa, qurumu məhkəməyə verə bilər:
“Biz inanırıq ki, insan Dərbənd filialında yaxud başqa bir ölkənin ali təhsil müəssisəsində təhsil alıbsa o ölkədə heç olmasa olmalıdır. Siz necə inanırsınız? Olmalı deyil? Adam nə o ölkədə olubsa, nə də tədris dilini bilirsə, sizcə, biz o insana diplom verməliyik? Bizim məsələyə baxışımız bundan ibarətdir.