• 07 Fevral 2025 23:01

Rusiya ordusu Ukrayna cəbhəsində eşşəklərdən nəqliyyat vasitəsi kimi istifadə edir.

Rusiya ordusu cəbhədə nəqliyyat vasitəsi kimi uzunqulaqlardan istifadə etməyə başlayıb.

 

Bu barədə xəbərləri görəndə əvvəl düşündüm ki, yəqin ukraynalıların ənənəvi lağlağısıdır. Lakin Rusiya Dövlət Dumasının deputatı, general Viktor Sobolev ön xəttə sursat və digər zəruri ləvazimatlar daşımaq üçün eşşəklərdən istifadə olunduğunu təsdiqləyib.

Səbəb böyük itkilər səbəbindən ordunun hərbi texnika və yük avtomobilləri ilə təchizatında yaranmış problemlərdir. Eyni səbəbdən son həftələrdə rus əsgərlərinin minik avtomobilləri (“Jiquli”, “Niva”), hətta velosipedlə hücum əməliyyatlarına qatıldığı barədə faktlar da var.

Bu gəlişmələr bir daha təsdiqləyir ki, Rusiya ordusunun resursları (istər hərbi texnika, istərsə insan) tükənməz deyil və onu məğlub etmək (Ukrayna içərisində) tamamilə mümkün variantdır – mümkün variant idi… Çox təəssüf ki, Bayden administrasiyası Ukraynanın hərbi qələbəsini istəmədi və bunu əngəlləmək üçün əlindən gələni etdi. Bu da faktdır.

 

Şahin Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər