Yerə yaxınlaşan təhlükəli asteroidin toqquşma ehtimalı əhəmiyyətli dərəcədə artdı
NASA-nın Yerətrafı Obyektlərin Tədqiqatı Mərkəzinin astronomları həyəcan təbili çalır: son hesablamalara görə, 2024 YR asteroidinin planetimizlə toqquşma ehtimalı əhəmiyyətli dərəcədə artıb.
Bu barədə “The Guardian” məlumat verib.
Mütəxəssislərin hesablamalarına görə, 2032-ci ildə baş verə biləcək kosmik obyektin Yerlə toqquşma ehtimalı hazırda 2.3% təşkil edir. Bundan əvvəl asteroidin zərbə ehtimalı 1.3% təşkil edirdi.
2024 YR4 ilk dəfə 27 dekabr 2024-cü ildə Çilidəki “El Sauce” rəsədxanasında aşkar edilib. Astronomların hesablamalarına görə, onun diametri 40-90 metr arasındadır. Yeni ilə qədər o, NASA tərəfindən xüsusi diqqət tələb edən obyekt kimi qeyd edilib.