• 09 Fevral 2025 01:01

Hüquq müdafiəçiləri Şahnaz Bəylərqızı ilə bağlı Prezidentə müraciət ediblər.

Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunu üzvləri Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənanyarlı jurnalist Şahnaz Bəylərqızı ilə bağlı Prezidenti İlham Əliyevə müraciət ünvanlayıblar.

 

Müraciətdə deyilir ki, Ş.Bəylərqızı fevralın 5-də “Toplum TV” işi üzrə saxlanılıb və barəsində 3 ay 15 gün həbs qətimkan tədbiri seçilib: “O, beyin şişi, şəkərli diabet, hipertoniya kimi ağır xəstəliklərdən əziyyət çəkir. İstintaq və məhkəmə gedişində dəfələrlə onun vəziyyəti ağırlaşıb və təcili tibbi yardım çağrılıb. Hazırda da həkim nəzarətindədir”.

 

Müraciət müəllifləri yuxarıda qeyd edilənləri nəzərə alaraq, Prezidentdən Şahnaz Bəylərqızının ev dustaqlığına buraxılmasına dəstək olmasını istədiklərini ifadə ediblər.

 

Hüquq müdafiəçiləri eyni istəklə Birinci Vitse-prezidenti Mehriban Əliyevaya da müraciət ediblər: “Şahnaz Bəylərqızının xəstə və himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq onun barəsində olan həbs qətiimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsinə yardımçı olasınız”.

 

Toplum TV”də aparıcı və redaktor işləmiş jurnalist Şahnaz Bəylərqızı (Hüseynova) fevralın 5-də “Toplum TV” işi üzrə şübhəli şəxs qismində saxlanılıb, onun mənzilində axtarış aparılıb, evdən elektron əşyalar götürülüb.

 

Fevralın 6-da isə Xətai rayon Məhkəməsinin qərarı ilə jurnalist həbs edilib.

Onun barəsində 3 ay 15 gün müddətində həbs-qətimkan tədbiri seçilib.

“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb.

 

Onların arasında III Respublika Platformasının spikeri Akif Qurbanov və qurucu heyət üzvü Ruslan İzzətli, Toplum TV-nin təsisçisi Ələsgər Məmmədli, redaktor, aparıcı Şahnaz Bəylərqızı, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov, Ramil Babayev və Elmir Abbasov da var. Bu şəxslərdən yalnız Elmir Abbasov polis nəzarətinə verilb, qalanları haqda həbs qətimkan tədbiri seçilib.

 

“Toplum TV işi ” üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.

Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.

 

Azərbaycan hakimiyyəti isə heç kimi peşə fəaliyyətinə və ya siyasi fəaliyyətinə görə təqib etmədiyini, ölkədə bütün hüquq və azadlıqların təmin olunduğunu bildirir. (ToplumTV)

 

Tacxeber.com

Oxşar xəbərlər