“Oğlumun nazir təyin edilməsi xəbərini saytlarda gördüm”
“Oğlumun nazir təyin edilməsi xəbərini saytlarda gördüm. Görən kimi zəng edib təbrik etdim. Cənab Prezident İlham Əliyevə təşəkkür edirəm”.
Tacxeber.com xəbər verir ki, bu sözləri Teleqraf.az-a açıqlamasında Anar Əliyevin atası, filologiya elmləri doktoru, ədəbiyyatşünas, yazıçı Rəhim Əliyev deyib.
O bildirib ki, oğlunun nazir təyin ediləcəyinə inamı var idi.