Süni intellektlə hazırlanan videolarla bağlı XƏBƏRDARLIQ – İnsanların şəxsi həyatı…
Süni intellektlə hazırlanan videolarla bağlı xəbərdarlıq edilib.
Tacxeber.com xəbər verir ki, Anadolu Universiteti Sosial Media və Rəqəmsal Təhlükəsizlik Təhsil, Tətbiq və Araşdırma Mərkəzi (SODİGEM) bu videoların məxfilik prinsipini pozduğu haqda məlumat yayıb.
Bildirilib ki, süni intellekt tətbiqi sosial şəbəkə hesablarında paylaşılan tək foto ilə çox real videolar hazırlaya bilir. Bu da fərdlərin məxfiliyinin pozulması deməkdir. Qeyd edilib ki, tətbiq üz və bədən hərəkətlərini daha təbii və real şəkildə canlandıra bilir.
Tətbiq yeniliklərlə yanaşı risklər də daşıyır. Belə ki, “OmniHuman-1” süni intellekt tətbiqi insanların aldadıcı, saxta məzmun yaratmasında vasitəçi ola bilər.