Bakının Şərifzadə küçəsinin bitməyən problemi – Video
Baku TV-nin “Necə olmalıdır?” rubrikasının yeni buraxılışı yayımlanıb.
Bu dəfə Bakının Şərifzadə küçəsində “İnşaatçılar” metro stansiyasının keçidlərindən birinin ətrafında yaşanan problem barədə məlumat verilib.
Bildirilib ki, metro stansiyaya giriş həm də yeraltı keçid funksiyasını daşıyır. Lakin bəzi piyadalar qısa olsun deyə avtomobil yolundan keçirlər:
“Gün ərzində bu nöqtədə kifayət qədər qəza şəraiti yaranır. Avtobus zolağında dayanan piyadalar, avtomobillərin önünə atılanlar, hərəkət hissəsində sərnişin mindirib-düşürən sürücülər, bir sözlə, bu ərazidə xaotik vəziyyət hökm sürür”.
O da qeyd olunub ki, avtobus zolağının salınması avtomobillərin sərnişin mindirib-düşürməsini mümkünsüz edir: