Maskın TƏLƏBLƏRİ BİTMİR: “”Amerikanın Səsi” və “Azadlıq Radiosu” bağlanmalıdır”
Amerikalı milyarder İlon Mask dövlət tərəfindən maliyyələşdirilən “Amerikanın Səsi” (Voice of America) və “Azadlıq Radiosu” (Radio Free Europe/Radio Liberty) media layihələrinin bağlanmasını dəstəkləyib.
Tacxeber.com xəbər verir ki, o, ABŞ-nin keçmiş Milli Kəşfiyyat direktoru Rik Qrenellin bu mətbu orqanları “keçmişin qalığı” və “ultrasol aktivistlərlə dolu” adlandırdığı paylaşımı repost edərək fikrini bildirib.
“Bəli, onları bağlayın”, – Mask yazıb və əlavə edib ki, Avropa artıq azaddır, bu KİV-i heç kim dinləmir və onlar “amerikalı vergiödəyicilərinin cibindən ildə 1 milyard dollar yeyirlər”.
Qrenell “Amerikanın Səsi” və “Azadlıq Radiosu”nu qərəzlilikdə ittiham edərək bu media platformaların radikal solçuların meydanına çevrildiyini iddia edib. Bu KİV-in maliyyələşdirilməsinin məqsədəuyğunluğu məsələsi artıq ABŞ-nin mühafizəkar dairələrində qaldırılsa da, indi o, dünyanın ən nüfuzlu sahibkarlarından birinin dəstəyini alıb.