Bu ittiham Ədalət Verdiyevin üzərindən götürüldü
Bir müddət əvvəl həbs edilən tanınmış hərbi ekspert Ədalət Verdiyevin cinayət işi məhkəməyə göndərilib.
Tacxeber.com xəbər verir ki, hərbi ekspertə qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) ilə elan olunan ittiham xitam olunub.
Onun işi yalnız Cinayət Məcəlləsinin 284.1-ci maddəsi ilə (dövlət sirrini yayma) məhkəməyə göndərilib.
Bu barədə məlumatı ekspertin vəkili Bəhruz Bayramov da təsdiqləyib.