Bu kənddə məktəb, həkim, heç tibb bacısı da yoxdur… – VİDEO
1800 metr yüksəklikdə yerləşən Qaxın Sarıbaş kəndində bir zamanlar 350 ailə yaşasa da, bu gün qalan ailələrin sayı heç 10-a çatmır.
Kənddə qalan şəxslər isə daha çox yaşlı insanlardır.
Qar yağanda kəndlə əlaqə tamamilə kəsilir. Sakinlər isə Sarıbaşdan ildə bir dəfə çıxa bilirlər.
Sakinlərin sözlərinə görə, kənddə məktəb, tibb məntəqəsi, həkim, tibb bacısı yoxdur, hətta xəstələnəndə rayon mərkəzinə getməyə şərait də yoxdur: