• 11 Fevral 2025 20:52

Ermənistan-Türkiyə sərhədi martın 1-də açılacaq

Ermənistanla Türkiyə sərhədində yerləşən “Marqara” keçid məntəqəsi martın 1-də açılacaq.

 

Tacxeber.com xəbər verir ki, bu barədə “News.am” diplomatik mənbəyə istinadən məlumat yayıb.

 

Nəşrin məlumatına görə, Ermənistan tərəfdəki keçid məntəqəsində Milli Təhlükəsizlik Xidmətinin sərhədçiləri yerləşdiriləcək.

 

Qeyd edək ki, sərhəd-keçid məntəqəsinin fəaliyyətə başlamasının mümkünlüyü ilk dəfə 2024-cü ilin iyulunda iki ölkənin xüsusi nümayəndələri Ruben Rubinyan və Serdar Kılıç arasında keçid məntəqəsində baş tutan görüşdən sonra elan edilmişdi.

 

Xatırladaq ki, 2022-ci ilin iyulunda Vyanada müvafiq olaraq Ermənistan və Türkiyəyə səfər edən üçüncü ölkə vətəndaşlarının Ermənistan-Türkiyə quru sərhədindən keçmək imkanlarının təmin edilməsi, habelə birbaşa hava yükdaşımalarının həyata keçirilməsi və bunun üçün zəruri olan proseslərin başlanması barədə razılıq əldə olunub. (Viral.az)

 

Tacxeber.com

Oxşar xəbərlər