Həcc ziyarətinə uşaqla getmək qadağan olundu
Bu ildən Həcc ziyarətində zəvvarların özləri ilə uşaq gətirməsinə icazə verilməyəcək.
Tacxeber.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, bu qərar Həcc ziyarəti zamanı sıxlıq yarandığından uşaqların təhlükəsizliyini təmin etmək məqsədilə verilib.
Bundan əlavə, nazirlik Həcc mövsümündə zəvvarların təhlükəsizliyini artırmaq üçün bir sıra yeni tədbirlər tətbiq edib.