• 10 Fevral 2025 18:56

Türkiyə futbolunda RƏZALƏT. “Qalatasaray”ın oyunu yarımçıq dayandırıldı – Video

Türkiyə futbolunda növbəti qalmaqal baş verib.

 

Superliqanın bu gün keçirilən “Qalatasaray” – “Adana Demirspor” matçının 12-ci dəqiqəsində baş hakim Oğuzhan Çakır qonaq komandanın qapısına penalti təyin edib. 11 metrlik cərimə zərbəsini Alvaro Morata dəqiq yerinə yetirərək “Qalatasaray”ı hesabda irəli çıxarıb.

 

30-cu dəqiqədə hesab 1:0 olarkən “Adana Demirspor”un futbolçuları baş məşqçi Mustafa Alperlə məsləhətləşdikdən sonra qəflətən meydanı tərk ediblər. Türkiyə mətbuatının yazdığına görə, “Adana Demirspor” klub prezidentinin tələbi ilə bu addımı atıb.

 

Daha sonra hakim Oğuzhan Çakır matçın dayandırıldığını elan edib.

 

“Adana Demirspor”un nümayəndəsi Metin Korkmaz “Qalatasaray”a deyil, Türkiyə Futbol Federasiyasının Hakimlər Komitəsinə etlraz olaraq meydanı tərk etdiklərini açıqlayıb.

 

Klub prezidenti Murat Sancak da etirazlarının hakimlərə olduğunu deyib. O, “Fənərbaxça”nın prezidenti Ali Koçun təlimatı ilə meydandan çıxdıqlarına dair iddiaları rədd edib.

 

Məsələ ilə əlaqədar yaxın günlərdə federasiya qərar verəcək. “Adana Demirspor”a texniki məğlubiyyətin veriləcəyi istisna olunmur. (Qol.az)

Tacxeber.com

Oxşar xəbərlər