• 10 Fevral 2025 18:27

Rusiyada 10 yaşlı oğlan 700-dən çox məktəbi “minalayıb”

Sankt-Peterburqda (Rusiya) azyaşlı yeni dostunun xahişi ilə yüzlərlə məktəbi “minalayıb”.

Tacxeber.com Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Gazeta.ru məlumat yayıb.

 

Ötən gün naməlum şəxs üç nömrədən polisə zəng edib və uşaq səsi ilə şəhər daxilində 709 məktəbin minalanmış olduğunu bildirib.

 

Təhsil müəssisələrinə əməkdaşlar göndərilib və onlar heç bir yerdə partlayıcı qurğu aşkar etməyiblər.

 

Əvəzində polis zəng vuran şəxsin kimliyini müəyyən edib və o, Kronştadtdan olan 10 yaşlı Vladislav adlı məktəbli olub.

 

Uşaq etiraf edib ki, bu yaxınlarda “Telegram”da həmyaşıdı ilə tanış olub və sonuncu ondan bir xahişi yerinə yetirməsini istəyib. Dostluq naminə uşaq terror aktı təhlükəsi barədə məlumat verib.

 

Hazırda iş üzrə istintaq materialları İstintaq Komitəsinə təhvil verilib.

Tacxeber.com

Oxşar xəbərlər