Tramp 1 penninin buraxılışını qadağan etdi
ABŞ prezidenti Donald Tramp Maliyyə Nazirliyinə “israf”a görə qəpik sikkələrin (1 penni) istehsalını dayandırmağı əmr edib.
Tacxeber.com Newsweek-ə istinadla xəbər verir ki, bu qərara o, Hökumətin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Maskın tövsiyəsinə əsasən gəlib.
“Birləşmiş Ştatlar çox uzun müddətdir ki, 1 penni zərb etdirir, bu, bizə 2 sentdən baha başa gəlir. Bu, böyük israfçılıqdır. Mən xəzinədarlıq katibimə yeni qəpiklər buraxmağı dayandırmağı tapşırmışam”, – deyə Tramp yazıb.