AMEA-nın Lənkərandakı mərkəzi müğənni ilə 1500 manatlıq müqavilə imzaladı
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Lənkəran Regional Elm Mərkəzi müğənni Cavad Rəcəbovla satınalma müqaviləsi bağlayıb.
Qaynarinfo-nun məlumatına görə, müqavilənin maliyyə dəyəri 1500 manatdır və ofis icarəsi ilə bağlıdır.
Bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid elektron internet portalında keçirilməyib.