• 11 Fevral 2025 17:04

Gözəllik kraliçası qızının bel çantasından 22 kiloqram narkotik çıxdı

Argentinada gözəllik kraliçası kiçik qızının bel çantasında 22 kiloqram kokain gizlətdiyinə görə həbs edilib.

 

 23 yaşlı Martina Oliva 29 yaşlı Qustavo Tolaba ilə birlikdə fevralın 5-də eyniadlı əyalətin Salta beynəlxalq hava limanı yaxınlığında saxlanılıb. Tolabanın “İt” adlı məşhur cinayətkar olduğu ortaya çıxıb. O, Los Baqayeros dəstəsində işləməkdə şübhəli bilinir.

 

Olivanın iki azyaşlı qızı da onunla səyahət edirmiş. Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları qızlardan birinə məxsus bel çantasında narkotik aşkar ediblər. 22,6 kiloqram çəkisi olan kokain nazik alüminium təbəqəyə bükülü olub.

 

Hazırda Olivanın “Qrinqo” ləqəbi ilə tanınan Kristian Qabriel Palavesinonun rəhbərlik etdiyi narkotik alverçi qrupu ilə əlaqəsi yoxlanılır. O, 2023-cü ildə həbs edilib. Bunadək Argentinanın şimalında ən çox axtarılan, eləcə də tutulması mümkün olmayan cinayətkar hesab olunurdu.

 

Oliva bir çox gözəllik müsabiqələrində iştirakı ilə məşhurlaşıb. Xüsusilə, eyniadlı şöbədə “Miss Oran” titulunu qazanıb. Bundan sonra o, Miss Argentinaya düşmək üçün Salta əyalətinin gözəllik kraliçası olmağa çalışsa da, finala çıxa bilməyib. Buna baxmayaraq, Oliva geniş populyarlıq qazanaraq, internetdə bahalı paltar və çantalar satan uğurlu biznesə sahibdir. (Lent.az)

 

Tacxeber.com

Oxşar xəbərlər