• 12 Fevral 2025 00:35

İnfarkt keçirsə də, işə gecikmək istəmədi

Çində baş verən hadisə dünya mediasının diqqətini çəkib.

 

Tacxeber.com “Unikal”a istinadən xəbər verir ki, Çanqşada dəmiryol vağzalında orta yaşlı kişi qatarı gözləyən zaman infarkt keçirərək yıxılıb. Dərhal stansiya işçiləri və yerli tibb mərkəzinin həkimi çinliyə kömək ediblər.

 

O, 20 dəqiqədən sonra özünə gəlib. Lakin onun ilk cümləsi hamını təəccübləndirib. Belə ki, kişi ona yardım edən insanalara “Qatarı saxlayın, işə gecikirəm”, – deyib.

 

Hətta o, həkimi xəstəxanaya getməyə ehtiyac görməyəcəyinə də inandırıb. Lakin həkimlər yıxılmanın xəsarətlə nəticələnə biləcəyini və əlavə müayinənin zəruri olduğunu izah edərək xəstəxanaya yerləşdirmədə israr ediblər. Bundan sonra kişi təcili yardıma minməyə razılaşıb.

Tacxeber.com

Oxşar xəbərlər