Özümüzü lazımsız etmək üçün əlimizdən gələni etdik – Müşfiq Ötgün
“Biz öz yerimizə əvvəl robotları gətirib qoyduq, indi isə süni intellekti. Süni intellekt 1990-cı illərdən dünya çempionlarını udmağa başladı. Sonra məlum oldu ki, insan zəkası süni intellektlə yarışa bilməyəcək. Bəzən fikirləşdilər ki, süni intellekt yaradıcılığa, fəlsəfəyə, incəsənətə girə bilməyəcək. Amma girdi. Necə çıxacağıq bilmirəm”.
Tacxeber.com xəbər verir ki, bu fikirləri filosof Müşfiq Ötgün “Söhbətgah” podkast proqramında səsləndirib.
Onun fikrincə, hazırda proqnoz çox acınacaqlıdır: