• 11 Fevral 2025 22:39

Somali Prezidenti Azərbaycana yola düşdü – VİDEO

Somali Prezidenti Həsən Şeyx Mohamud bu gün Azərbaycana səfərə yola düşüb.

 

Tacxeber.com bu barədə Somali mətbuatına istinadən xəbər verir.

 

“Xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin başçılıq etdiyi Azərbaycan nümayəndə heyətinin Moqadişoya səfərindən səkkiz gün sonra Somali Prezidenti Həsən Şeyx Mohamud Azərbaycana səfərə gedib. Bu, iki ölkə arasında diplomatik qarşılıqlı fəaliyyətin artmasından xəbər verir”, – deyə məlumatda bildirilir.

 

Somali Baş Nazirinin ofisinin nümayəndəsi Nəsra Bəşir Əli X sosial şəbəkəsində Həsən Şeyx Mohamudun Azərbaycana uçmazdan əvvəl təyyarəyə minməsinin videogörüntülərini yayıb.


Tacxeber.com

Oxşar xəbərlər