Yeni yol nişanı peyda oldu: QARA PİŞİK…-NƏ DEMƏKDİR?..-FOTO
Yeni yol nişanı yollarda vəziyyəti xeyli yaxşılaşdırıb…
Uktaynanın Dnepr şəhərində – Vladimir Pilişenko küçəsində qara pişiyin təsvir olunduğu qeyri-adi yol nişanı quraşdırılıb.
Tacxeber.com xəbər verir ki, bu barədə Ukraynanın “Autotema” nəşri yazır.
Qeyri-rəsmi yol nişanı bir ildən çoxdur ki, fəalların sayəsində yaranıb və sürücülərin diqqətini yolun təhlükəli hissəsinə cəlb edir. Bu nişan avtomobillərin heyvanları, xüsusən də pişik, kirpi və tısbağaları tez-tez əzib həlak etməsi səbəbindən quraşdırılmışdır. Sürəti 50 km/saatla məhdudlaşdıran rəsmi nişana baxmayaraq, yolun bu hissəsində sürücülər tez-tez sürət həddini aşırlar.