Azərbaycanlı iş adamı futbolçuların pulunu vermir
Azərbaycanlı iş adamı Tufan Sadıqova məxsus Rusiyanın “Ximki” klubunda futbolçuların əmək haqlarının verilməsində gecikmələr yaranıb.
Komanda üzvləri 2024-cü ilin noyabr və dekabr aylarının maaşlarını hələ ala bilməyiblər. Bununla əlaqədar oyunçular Türkiyədəki qış təlim-məşq toplanışında yoldaşlıq görüşünü boykot etməyə hazırlaşırlar.
Sadıqov yaxın günlərdə borcu bağlasa, futbolçular etiraz aksiyasını ləğv edə bilərlər. O, 2024-cü ilin dekabrında Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdı. İş adamı dələduzluqda ittiham olunurdu.