59 vətəndaşımız Türkiyədən Azərbaycana buraxılmır – Aralarında şəhid anaları da var
Bir qrup Azərbaycan vətəndaşı Türkiyə ilə sərhəddə ilişib qalıb. 10-u şəhid valideyni olmaqla, 59 nəfər Iğdırla Naxçıvan MR-in Sədərək rayonu arasında yerləşən sərhəd-keçid məntəqəsindən Azərbaycana buraxılmır.
Tacxeber.com xəbər verir ki, əksəri qadın olan qrup İranın Məşhəd şəhərinə ziyarət məqsədi ilə yollanıb. Ziyarətdən qayıdan vətəndaşlarımız 3 gündən çoxdur ki, Iğdırda keçid izni gözləməkdədir.
Bu barədə Türkiyə mediası məlumat yayıb.
Dövlət Gömrük Komitəsindən “Yeni Sabah”ın məsələyə dair müraciətinə cavab olaraq bildirilib ki, sözügedən vəziyyət DGK-nın səlahiyyətlərinə aid deyil.
Dövlət Sərhəd Xidmətindən isə sorğumuza cavab olaraq qeyd edilib ki, DSX-ın dövlət sərhədindən buraxılış məntəqələri Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına uyğun olaraq fəaliyyət göstərir.