Bütün ailə “TikTok”dadır – İzzət Bağırov
“Bu gün görürsən ki, əlində təsbeh tutub zikr etməli və nəvələri ilə oynamalı olan ağbirçək bir nənə bütün günü “TikTok”dadır”.
Tacxeber.com olay-a istinadla xəbər verir ki, bunu müğənni İzzət Bağırov deyib.
O əlavə edib: “Baba, nənə, ata, ana, övlad, məktəbli, tələbə hətta körpə uşaq da “TikTok”dadır. Körpənin də başını qatmaq üçün telefonu əlinə veriblər. Bütün ailə “TikTok”dadır. Hamı da onlarınm səhifələrinə daxil olur. Çünki onlara onlar maraqlıdır. O da baxıb görür ki, yaşından fərqi olmayraq bütün nəslin nümayəndələri onun izləyicisidir.