• 25 Fevral 2025 04:29

İngiltərədə Azərbaycanın keçmiş səfiri qeyri-əxlaqi hərəkətlərinə görə həbs edilib.

O, eyni zamanda 10 il müddətinə seksual xarakterli cinayətlər törətmiş şəxslərin reyestrinə daxil ediləcək.

 

Azərbaycanın Britaniyadakı keçmiş səfiri Rafael İbrahimov Çeşirdə reabilitasiya klinikasının üç qadın əməkdaşına qarşı seksual hərəkətlər etməkdə ittiham olunub.

Bu barədə məlumatı “Northwhitch Guardian” yayıb.

Hadisənin 2023-cü il dekabrın 5-də sabiq səfirin klinikaya yollandığı zaman baş verdiyi bildirilir.

 

Londonun Naytsbric ərazisində yaşayan Rafael İbrahimov yuxu həblərindən (bəzi məlumatmatlara görə alkoqolizmdən) asılılığından müalicə üçün klinikaya gedib.

Məhkəmə materiallarına əsasən, İbrahimov həmin gün sərxoş vəziyyətdə olub, özünü aqressiv aparıb, qadın əməkdaşların müxtəlif bədən hissələrinə toxunub.

 

İbrahimova 16 ay həbs cəzası verilib, lakin o, dərhal cəzasını çəkməli deyil. Əvəzində cəza iki il müddətinə şərti olaraq verilir. Bu iki il ərzində başqa bir cinayət törətsə, hər hansı yeni cəzaya əlavə olaraq 16 ay müddətinə həbs oluna bilər.

Əlavə olaraq, 20 gün reabilitasiya tədbirləri və 200 saat ictimai işlər növündə inzibati tənbeh alıb.

 

O, 10 il müddətinə cinsi cinayətkarlar reyestrində olacaq.

Məqalədə qeyd olunur ki, Norveç və İsveçdə də səfir vəzifəsində çalışmış İbrahimov keçən il beş cinsi təcavüz və bir cinsi zorakılığa cəhddə günahını etiraf edib.

 

Rafael İbrahimov 2001-ci ildən 2013-cü ilə qədər Azərbaycanın Böyük Britaniyadakı, Norveçdəki, İrlandiyadakı, İsveç və Finlandiyadakı səfiri olub.

2014-cü ildə səfir vəzifəsindən geri çağırılsa da, Londonda yaşayır.

 

Tacxeber.com

 

Oxşar xəbərlər