• 19 Fevral 2025 13:35

“Azərbaycan İsrailə hörmət etməyi məktəbdə öyrədən ilk müsəlman ölkəsidir” – “Jewish News Syndicate”

“Dərsliklər dünyəvilik, müxtəliflik və inklüzivliyi təbliğ edir…”

 

Britaniya təşkilatı Azərbaycanın məktəb dərsliklərini araşdırıb.

 

Azərbaycan əhalisinin əksəriyyəti müsəlman olan ilk ölkə kimi antisemitizmin tərifini tədris materiallarına daxil edib və həm yəhudiləri, həm də İsraili müsbət kontekstdə təqdim edir.

 

Tacxeber.com xəbər verir ki, bu barədə fevralın 14-də, cümə günü “Jewish News Syndicate” (JNS) nəşri, Məktəb Təhsili Sistemində Sülh və Mədəni Dözümlülüyün Monitorinqi İnstitutunun (IMPACT-se) yenilənmiş hesabatına istinadən məlumat verib. Məlumatı “vesty.co” nəşri yayıb.

 

Araşdırmada qeyd olunur ki, Azərbaycanın dərsliklərində bir çox məqamlar öz əksini tapıb, halbuki digər müsəlman ölkələrində bu məsələlər ya qəsdən təhrif edilir, ya da ümumiyyətlə nəzərə alınmır.

 

Məsələn, Azərbaycan məktəblərində Holokostun altı milyon yəhudinin soyqırımı olduğu öyrədilir, dərsliklərdən antiİsrail narrativləri çıxarılıb və bu da İsrail-Fələstin münaqişəsinə daha balanslı yanaşmanı təmin edir.

 

“Ən ümidverici məqam odur ki, dərsliklərdə radikalizm və ya islamçı ritorikanın heç bir izinə rast gəlinmir”, – IMPACT-se təşkilatının hesabatında deyilir. “Əvəzində, dərsliklər dünyəvilik, müxtəliflik və inklüzivliyi təbliğ edir.”

 

Araşdırma çərçivəsində Azərbaycanın milli tədris proqramına aid 53 dərslik təhlil edilib. “Əvvəlki materiallarda İsrail aqressiv və sülhə laqeyd ölkə kimi təsvir olunurdu. Yenilənmiş dərsliklər isə münaqişənin köklərini 1947-ci ildə BMT-nin Bölüşdürmə Planının ərəb dövlətləri tərəfindən rədd edilməsi ilə əlaqələndirir.

 

Dərsliklərdə ərəb ölkələrində korrupsiya və hərbi məğlubiyyətlər vurğulanır, eyni zamanda daha neytral dil istifadə edilir. Məsələn, “işğal olunmuş” termini “nəzarət edilən” və ya “ələ keçirilmiş” ifadələri ilə əvəz edilib”, – hesabatda qeyd olunur.

 

İsrail artıq dərsliklərdə texnoloji inkişaf mərkəzi kimi təqdim edilir. Məsələn, 11-ci sinif coğrafiya kitabında İsrail kənd təsərrüfatı “qlobal problemlərin həlli və beynəlxalq əməkdaşlığın inkişafına töhfə verən” bir model kimi göstərilir.

 

Fələstinlilərin daha əvvəl “azadlıq mübarizəsi” kimi təsvir edilən hərəkətləri indi açıq şəkildə terrorçuluq adlandırılır və bu cür fəaliyyətlərin qlobal mənfi təsiri tanınır. Bundan əlavə, coğrafiya dərsliklərindəki xəritələr artıq İsraili yəhudi dövləti kimi tanıyır.

 

“Azərbaycanın dərslikləri iudaizmə hörməti nümayiş etdirir. Yəhudi dini məkanları və rəmzləri qeyd olunur, yəhudilərlə bağlı mənfi tarixi stereotiplər isə çıxarılıb”, – hesabatda vurğulanır.

 

IMPACT-se təşkilatının baş direktoru Markus Şeff hesab edir ki, Azərbaycanın dərslikləri digər müsəlman ölkələri üçün nümunəvi model sayıla bilər. Lakin təkcə müsəlman ölkələri üçün yox…

Tacxeber.com

Oxşar xəbərlər