Qoca doğuldu, böyüdükcə cavanlaşdı – FOTO
Avstraliyada doğulan uşaq qeyri-adiliyi ilə bütün dünyanı təəəccübləndirib.
Tacxeber.com “Gloob”a istinadla xəbər verir ki, Tom Tennent adı verilən uşaq 1993-cü ildə fövqəladə dərəcədə qırışıq dəri ilə doğulub. O yeni doğulanda dərisi yaşlı insanlardakı kimi idi. Bu vəziyyət həkimləri belə şoka salmışdı.
Aparılan araşdırmalardan sonra Tomun bədənində həddindən çox səviyyədə qırışıqlığa səbəb olan hialuron turşusu (hyaluronik asit) olduğu üzə çıxıb.
Mütəxəssislər Tom böyüdükcə dərisinin normala dönəcəyini düşünürdü və belə də oldu.
Uşaqlığı asan olmasa da, zamanla Tomun qırışıqlılqları itməyə və normal insanlar kimi görünməyə başladı.
Hazırda 30-lu yaşlarında olan Tom evlidir və xoşbəxt həyat sürür.